Accessibility links

Nasist ölüm düşərgəsində nəzarətçı işləmiş şəxs ABŞ-dan deportasiya edilir


ABŞ-ın mühacirət hakimi nasist ölüm düşərgəsində nəzarətçi işləmiş şəxsin vətəni Ukraynaya deportasiya edilməsinə göstəriş verib. Məhkəmə hökmü həmişəlik Amerikada çıxarılma ilə bağlı 30 illik məhkəmə qporsesinə son qoydu. 85 yaşlı Con Demyanyuk 1970-ci illərdən Amerikada qalması uğrunda mübarizə aparırdı. O, İvan Qroznı ləqəbi altında ən qəddar nəzarətçi kimi tanınır. Hakim Maykl Kreppi onun vətəninə qayıtdığı təqdirdə işgəncələrə məruz qalacağı barədə iddianı rədd etmişdir. Ukrayna onu qəbul etməsə, Demyanyuk ya Almaniya, ya da Polşaya təhvil veriləcək. Demyanyukun apelyasiyaya müraciət etməsi üçün 30 günü var.
XS
SM
MD
LG