Accessibility links

Texasda güclü yanğın baş verib


Texas ştatında baş verən yanğından 24 saat sonra sakinlər evlərinə qayıdır. Kros Pleyns adlanan bu şəhərdə evlər sıradan çıxmışdır. Əksəriyyəti yaşayış evləri olmaqla, 100 binanı yanğın bürümüşdü. 13 000 akrlıq bir sahə yanğının təsirinə məruz qalmışdır. 50 ev yerlə yeksan olmuş, iki adam vəfat etmişdir. Şəhərdə yerləşən Amerikanın ilk Metodist kilsəsi külə çevrilmişdir. Yanğın Texasda son 10 il ərzində baş verən yanğınların ən güclüsüdür. Yanğın bu ay ərzində 39 qraflıqda baş verən 137-ci yanğın kimi qeydə alınıb. Havanın yağmursuz keçməsi digər bölgələri də təhlükə altına alır.
XS
SM
MD
LG