Accessibility links

Gazprom V.Yuşenkonun tələbini rədd edib


Rusiyanın Gazprom şirkəti Ukrayna prezidenti Viktor Yuşenkonun qiymətlərin qadırılmasının 10 gün müddətinə yubadılması xahişini rədd edib. Ukrayna prezidentinin tələbi prezident Vladimir Putinə ünvanladığı teleqramda yer alıb. Ukrayna lideri bildirib ki, bu müddət qiymətlərlə bağlı mübahisənin həlli məqsədi ilə tələb edilir. Viktor Yuşenko həm də razılıq əldə edilməsinə yardım məqsədi ilə xarici ekspertlərin iştirakını da istəyib. Qeyd edək ki, Rusiya min kub metr qaz qiymətinin 50 dollardan 220 ilə 230 dollara qaldırılmasını istəyir.
XS
SM
MD
LG