Accessibility links

ABŞ şəhərlərinin təhlükəzliyinin qorunmasına vəsait ayrılacaq


ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Maykl Çertoff bildirib ki, təhlükəsizlik məqsədlərinə vəsait ayırılacaq şəhərlərin müraciətləri nazirlik tərəfindən araşdırılacaq və əsas meyyar siyasət yox, terror zərbəsinin mümkünlüyü olacaq. Bu qün keçirilmiş mətbuat konfransında cənab Çertoff deyib ki, təhlükəsizlik məsələsi həddindən artıq mühümdür və bu sahəyə vəsaitin siyasi düsturlar əsasında ayrılması qəbuledilməzdir. Nazirin verdiyi məlumata qörə, 765 milyon dollarlıq Şəhərlərin Təhlükəsizliyi Təşəbbüsü proqramı çərçivəsində ölkədə 35 zona müəyyənləşdirilib. Bu zonalara ölkənin 95 şəhəri daxil edilib. Proqrama dəyişikliklər edilməsinin əsas səbəblərdən biri terrora qarşı mübarizə üçün ayrılmış büdcənin Kongress tərəfindən azaldılmasıdır. Vəsaitin çox hissəsini sıxlığı yüksək olan Nyu-York və Kaliforniya əvəzinə sıxlığı az olan kiçik şəhərlərin təhlükəsizliyinə xərclənməsini nəzərə tutan proqram ciddi tənqidlərə məruz qalmışdır.
XS
SM
MD
LG