Accessibility links

ABŞ prezidenti tənqidləri qəbul edib


ABŞ prezidenti Corc Buş administrasiyasının aparıcı üzləri, habelə keçmiş müdafiə nazirləri görüşərək, İraqdakı vəziyyəti müzakirə edib. Ağ Ev rəsmilərinin bildirdiyinə görə, prezident ABŞ-ın dövlət katibi Kondoliza Rays, müdafiə naziri Donald Ramsfild və əvvəlki administrasiyanın bir neçə üzvü ilə yığıncaq keçirib. Demokratlar və respublikaçıların iştirakı ilə keçirilən bu qeyri-adi görüş prezidentin heç kimin məsləhətlərini dinləmədiyinə dair tənqidlərin artdığı bir vaxt təşkil edilib. Amerika prezidenti bəzilərinin onun İraq müharibəsi ilə razılaşmadığını qəbul etdiyini və məsləhətlərə ciddi yanaşacağına söz vermişdir. Görüşdə Klinton hakimiyyəti dövrünün rəsmiləri-Madelin Olbrayt, Uilyam Perri, Robert Maknamara iştirak ediblər.
XS
SM
MD
LG