Accessibility links

Rusiyanı ABŞ-ın tənqidləri təəccübləndirib


Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ın dövlət katibi Kondoliza Raysın Rusiyanı kəskin tənqid etməsindən təəccübləndiyini bildirib. Qeyd edək ki, xanım Rays Rusiyanı Ukraynaya nəql etdiyi təbii qazın qiymətinin qaldırılması ilə bağlı mübahisəyə görə tənqid etmişdi. Nazirliyin sözçüsü Mixail Kamının bildirib ki, mübahsiə Rusiya və Ukrayna arasında olan bir məsələdir. Rusiya avropalı istehlakçıları qarşısında təbii qazla bağlı bütün öhdəliklərə riayət edir-deyə o bildirib. ABŞ-ın dövlət katibi dünən Rusiyanı enerji ehtiyatları ilə bağlı məsuliyyətini yerinə yetirməli olduğunu demiş, Ukraynaya qaz nəqlinin kəsilməsinin bütöv Avropaya təhlükə olduğunu bildirmişdi. Kondoliza Rays demişdir ki, beynəlxlaq iqtisadiyyatın bir hissəsi olmaq istəyən beynəlxlaq qanunlara riayət etməlidir.
XS
SM
MD
LG