Accessibility links

Türkiyədə Quş Qripindən ölənlər var.


Avropa Komissiyası bəyan edib ki, onun apardığı laborotoriya testləri şərqi Türkiyədə peyda olmuş quş qripi epidemiyasının ölümcül H5N1 virusundan qaynaqlandığını təsdiq edib. Amma Komissiya əlavə edib ki, son günlər Türkiyədə baş verən ölüm hallarının H5N1 virusu ilə bağlılığı hələ müəyyən edilməyib.

Bu arada Türkiyə rəsmiləri quş qripinin qarşısını almaq üçün ölçülər götürməkdə davam edir. Səhiyyə işçilərinin dediyinə görə, şərqi Van şəhərində quş qripinə tutulması ehtimal edilən və əsasən uşaqlardan ibarət 19 adam hospitalizasiya edilib. Cənub-Şərqi Diyarbəkırda da ölümcül virusa yoluxmaq şübhəsi ilə əlavə 6 adam xəstəxanaya aparılıb. Dünya Səhiyyə Təşkilatı artıq Türkiyədə 3 uşağın quş qripindən öldüyünü təsdiq edib.

XS
SM
MD
LG