Accessibility links

Balaca Nur Amerika xəstəxanasında müalicə olunur


Anadangəlmə qüsurla doğulmuş üç aylıq iraqlı Hur Əl-Zərha Amerikada cərrahiyyə əməliyatları keçirir. Onurğa problemlərindən əziyyət çəkən bu qız uşağı Amerikanın Milli Qvardiya əsgərləri tərəfindən Bağdadın yoxsul məhlləsində keçirilən ryd zamanı aşkar edilmişdir. Nur adı verilən balaca qız Atlanta xəstəxanasında pulsuz müalicə ediləcək. Cərrahlar fəqərə sütununun əməliyyat vasitəsi ilə düzəldiləcəyinə ümid bəsləyirlər. Bundan əlavə balaca Nurun kürəyində yığılmış dəri kəsilib götürüləcək.
XS
SM
MD
LG