Accessibility links

Həcc ziyarəti zamanı ölənlərin sayı artmaqdadır


Müsəlmanların müqəddəs Həcc ziyarəti zamanı ölənlərin sayının 362-yə yüksəlsiyi bildirilir. İtkin düşmüş zəvvarların qohumları və ailələri xəbər sorağındadır. Bu gün yüzlərlə adam xəstəxanalarda nümayişə qoyulmuş foto-şəkillər arasında yaxınlarını axtarıb. Qurbanların milliyətinin tədricən açılanması Cəmarat körpüsündə baş verən faciənin dünyanın bir çox ölkəsini əhatə etdiyini göstərir. Səudiyyə Ərəbistanının səlahiyyətli nümayəndələri ölənlər arasında Pakistan, Hindistan və İndoneziya olmaqla, bir sıra Asiya ölkələrinin vətəndaşlarının olduğunu elan edib. Qurbanlar arasında çoxsayda misirlinin də yer aldığı xəbər verilir. Dünənki faciə Səudiyyə Ərəbistanının illik mərasimlərin təşkilində çətinlik qarşısında olduğuna nümunədir. Qeyd edək ki, hər il Həcc ziyarətində 2.5 milyon insan iştirak edir. Ölkənin mühacirət idarəsi züvvarların sayını azaltmaq məqsədilə vizalar verilməsinə məhdudiyyət qoysa da, Səudiyyə Ərəbistanında işləməyə və yaşamağa gələnlər bu göstəricini artırmışdır. Səudiyyə rəsmiləri basırığa görə qaydalara riayət etməyən, əşyaları ilə birlikdə körpüyə çıxan züvvarları günahlandırır. İnsanların ayaq altında qalmasına məhz bu əşyalar səbəb olmuşdu. Şeytanın daşa basılması tədbirinin günorta keçirilməsi də bu problemə yol açmışdır. Rəsmilər daşatma mərasiminin gün ərzində müxtəlif vaxtlarda keçirilməsini və beləliklə qarışıqlıq yaradılmasının qarşısının alınmasına çağırmışdı. Lakin zəvvarlardan bəzisi Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələrini kütləyə lazımi nəzarət edə bilməməkdə günahlandırır.
XS
SM
MD
LG