Accessibility links

Pakistanda Amerika hücumlarına qarşı etiraz nümayişləri keçirilir


Əl Qaidanın iki nömrəli rəhbəri Ayman əl Zavahirinin öldürülməsinə yönəlmiş Amerika hava zərbələrinin 18 mülki vətəndaşı məhv etməsinə etiraz əlaməti olaraq minlərlə pakistanlı küçələrə çıxmışdır. On minə yaxın adam ölkənin ən böyük şəhəri Karaçıdə nümayiş keçirərək anti-Amerika şüarları səsləndirmişlər. Nisbətən kiçik nümayişlər İslamabad, Lahor, Multan və Pişəvər şəhərlərinə keçirilib.

Pakistan hökuməti hava zərbələrini pisləyərək, Amerika səfiri Ryan Krokerə etiraz notası təqdim edib. Amerika rəsmiləri hücum haqda və ya bu hücumun hədəfinin Ayman əl Zavahiri olması haqda məlumat verməyiblər. Amerika mətbuatı hava zərbəsinin Mərkəzi Kəşfiyyat İdarəsinin dronu tərəfindən endirildiyini xəbər verib.

XS
SM
MD
LG