Accessibility links

Pakistanda Amerika əleyhinə ehtiraslar qızışmaqdadır


Pakistanda ABŞ qüvvələrinin 18 adamın ölümü ilə nəticələnən hava hücumlarına etiraz olaraq keçirilən nümayişlərin 4-cü gün anti-Amerika əhval-ruhiyyəsi artmaqdadır. Hücuma Amerika tərəfindən rəsmi münasibət bildirilməsə də, ABŞ-ın dövlət katibi Kondoliza Rays pakistanlıların narahtlığına dair fikrini bildirəcəyinə vəd verib. Dövlət Katibi Kondoliza Rays ölkəsinin Pakistandakı anti-terror siyasətini dəstəkləyib. ABŞ-ın mətbuatı yazır ki, təxminlərə görə, Mərkəzi Kəşfiyyat Agentliyi kənddə Əl-Qaidəyə məxsus bir evə hücum planını həyata keçirirdi. Pakistan hökuməti hücuma rəsmən etirazını bildirərək, ABŞ-ın İslamabaddakı səfirliyinə nota göndərib. Pakistanın ən böyük müxalifət partiyası MMA baş nazir Şövkət Əzizdən çərşənbə günü plalaşdırılan Vaşinqton səfərini ləğv etməsini tələb edib. Hücumu “təəəsüf doğuran bir hal” adlandıran baş nazir bildirib ki, Vaşinqtona səfəri cədvələ əsasən təşkil ediləcək.
XS
SM
MD
LG