Accessibility links

İran beynəlxalq ictimiayyətin diqqət mərkəzində qalmaqdadır


BMT-nin Təhlükəsizlik Şurasının veto qoymaq hüququ olan beş ölkəsi Birləşmiş Ştatlar, Rusiya, Çin, Britaniya və Fransa diplomatları İran ətrafında Londonda müzakirələr keçirdiyi zaman, Avropa Birliyinin xarici siyasət şöbəsinin mü diri məsələni BMT-nin baş katibi ilə müzakirə edib. Xavyer Solana Rusiya və Çinin nüvə proqramına yenidən başlamaq qərarının nəticəsi olaraq, İranla bağlı məsələnin Təhlükəsizlik Şurasına çıxarılmasına etiraz etməcəyinə inandığını bildirib. London görüşü haqda məlumat almış Xavyer Solananın sözlərinə görə, tərəflər konstruktiv mövqedə dururlar.
Britaniyanın yüksək səviyyəli rəsmisi İranın uranın zənginləşdirilməsi prosesini Rusiya ərasizində həyata keçirməyə dair Moskvanın təklifinə maraq göstərməsini sadəcə olaraq, taktiki addım kimi qiymətləndirmişdir. Rusiya qarşıdurmanın hələ də diplomatik həllinin mümkün olduğunu, lakin İranın yeni danışıqlardan öncə uranın zənginləşdirilməsini dayandırmalı olduğunu bildirib.
Rusiya və Çin İrana qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinə çıxış edərək, Avropa dövlətləri və ABŞ-ı ilk növbədə, diplomatik yollardan istifadə etməyə çağırır. Britaniya, Almaniya və Fransa isə fevral ayının əvvəli Beynəlxalq Atom Enerjisi agentliyinin idarə heyətinin fövqəladə iclasının keçirilməsinə çalışır.
XS
SM
MD
LG