Accessibility links

Sabiq prezident Ford xəstəxanaya yerləşdirilib


Sabiq ABŞ prezidenti Cerald Ford pnevmoniyadan müalicə olunmaq üçün xəstəxanaya aparılıb. Cənab Fordun nümayəndəsi 92 yaşlı sabiq prezidentin Los Ancelesdən 145 kilometrlik məsafədə yerləşən Ayzenhauer tibb mərkəzinə aparıldığını deyib. Nümayəndənin sözlərinə görə, cənab Ford antibiotiklər vasitəsilə müalicə olunur və onun səhhəti yaxşıdır. Cerald Ford 1974-cü ildə ABŞ prezidenti kimi and içmişdir. O, Uoterqeyt qalmaqalına görə istefa vermiş prezident Riçard Niksonun prezidentlik müddətini başa çatdırmış, 1976-cı ildə prezident seçkilərində Cimmi Karterə məğlub olmuşdur.

XS
SM
MD
LG