Accessibility links

İran Avropa banklarındakı hesablarını bağlayacaq


İran bildirib ki, BMT-nin sansiyalarından müdafiə məqsədi ilə Avropa banklarındakı hesablarını bağlayacaq. Bu gün Mərkəzi Bankın qubernatoru İbrahim Şeybaniyə istinadən bildirilib ki, İran həmin banklardakı vəsaitlərini artıq digər yerlərə köçürməyə başlayıb. Lakin bu bankların harada olduğu barədə məlumat verilməyib. Eyni zamanda Rusiyanın atom enerjisi üzrə yüksək səlahiyyətli nümayəndəsi Sergey Kiriyenko İranın uranın Rusiya ərazisində zənginləşdirilməsi təklifinin müzakirəsinə hazır olduğunu deyib. O bildirib ki, İran rəsmiləri yaxın zamanda müzakirələr məqsədi ilə Moskvaya gələcəklər.
XS
SM
MD
LG