Accessibility links

Küveyt ölkənin idarəçiliyini baş nazirə həvalə edir


Küveytin nazirlər kabineti yeni əmirin xəstəliyi səbəbi ilə ölkənin idarəçiliyinin baş nazirə həvalə edilmə prosesinə başlayıb. Bu gün keçirilən təcili yığıncaqda Nazirlər Şurası Şeyx əl Sabahın vəfatına görə dərin kədərini bildirmişdir. Şura üzvləri bu prosesin qanunlara əsaslandığını və parlemntin səhhət problemlərinə görə hakimiyyəti əmirin əlindən alma iqtidarına malik olduğunu bildirib. 70 yaşlarında olan şeyx Saad hakimiyyət başına keçən həftənin bazar günü, Küveytin uzunmüddətli əmiri Şeyx Cabir əl Əhməd əl Sabahın vəfatından sonra keçmişdi.
XS
SM
MD
LG