Accessibility links

ABŞ müstəntiqi iraqlı məhbusu öldürməkdə günahlandırılır


ABŞ ordusunun müstəntiqi iki il bundan öncə dindirmə zamanı iraqlı məhbusun ölümünə bais olmaq ittihamı ilə məhkum edilib. Bununla belə 6 zabitdən ibarət hərbi jüri zabiti bilərəkdən qətl ittihamı ilə günahkar çıxarmayıb. Belə bir ittiham onu ömürlük həbsə məhkum edərdi. Hərbi məhkəmə Luis Velşofer Junioru məramsız adam öldürmək ittihamı ilə məhkum edib ki, bu da özündə 3 illik həbs cəzası əks etdirir.

Velşofer qərbi İraqda qiyama rəhbərlik edən iraqlı generaldan məlumat almaq üçün onun başına çuval salaraq sinəsində oturmuşdu. Nəticədə general mayor Abid Həmid Movhuş boğulmuşdu. İttihamçılar deyirlər ki, Velşofer Amerika hərbçisi kimi generalla insani rəftar borcunu yerinə yetirməyib.

XS
SM
MD
LG