Accessibility links

Rəsmi Tehran Fransa prezidentinin bəyanatını pisləyib


" hspace=2 src="/azerbaijani/images/af_france_chirac_10jan06_eng_210.jpg" width=160 align=left vspace=2 border=0>Rəsmi Tehran Fransa prezidenti Jak Şirakın bu yaxınlarda verdiyi bəyanatı pisləyib. Həmin bəyanatda cənab Şirak Fransız torpağında dövlət sponsorluğu ilə törədilən terror aktına nüvə silahı ilə cavab veriləcəyini bildirmişdi. İran Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Reza Asəfi cənab Şirakın sözlərini qəbuledilməz adlandırıb.

Cənab Şirak ötən cümə axşamı söyləyib ki, hər hansı bir dövlət rəhbəri Fransya qarşı terror əməllərinə əl atarsa, həmin dövlət qeyri-konvensional cavabla üzləşəcək. Cənab Şirak konkret olaraq hər hansı bir ölkənin adını çəkməsə də, Fransa İranın gizlində atom bombası istehsal etməyə çalışmasından şübhələnir.

XS
SM
MD
LG