Accessibility links

Azərbaycan ərazisindən Gürcüstana qaz verilməyə başlayıb


Qafqazın Şimali Osetiya regionunda Rusiyadan Gürcüstana gedən qaz kəmərinin bir neçə yerdə partladılması nəticəsində Gürcüstanın qaz təchizatı dayandırılmışdı. Bu hadisədən bir gün sonra Azərbaycan sifir dərəcəli tempereturda qonşu ölkəyə yardım edərək, Gürcüstana qaz verməyə başlayıb.

Fövqəladə məsələlər üzrə rəsmilərin bildirdiyinə görə, Gürcüstanın qazla tam təmin edilməsi bir həftə çəkə bilər. Rəsmilər soyuqda qalan milyonlarla Gürcüstan əhalisinə istilik vermək üçün Rusiya Azərbaycan ərazisindən ayrıca qaz kəmərinin çəkildiyini xəbər veriblər. Eləcə də, Rusiyanın inhisarçı Qazprom Enerji Konserni Azərbaycana Gürcüstana kömək məqsədi ilə əlavə olaraq gündə üç milyon kub-metr enerji verməyə razı olub.

Lakin bütün bu görülən işlərə baxmayaraq, Gürcüstan Rusiyanın qazı və enerjini qəsdən kəsdiyini deməkdə davam edir. Gürcüstan parlamentinin spikeri Nino Burcanidze də bundan əvvəl prezident Mixail Saakaşvilinin verdiyi bəyənatı Exo Moskvı radiosuna müsahibəsində təkrar edərək deyib ki, o, hadisənin təsadüfən baş verdiyinə inanmır.

Dünən axşam Rusiyanın xarici işlər naziri bildirib ki, Rusiya belə ittihamları aradan qaldırmaq üçün əlindən gələni edir. O, Gürcüstan hökimətini Rusiya ilə münasibətlərdə ehtiyatlı olmağa çağırıb.

XS
SM
MD
LG