Accessibility links

Sudan hökuməti tənqidlərə məruz qalıb


Təhlükəsizliyin möhkəmləndirildiyi Sudanın paytaxtı Xartumda bu gün milli məsələlər üzrə Afrika Birliyinin Sammiti öz işinə başlayıb. Sammitin başlanmasından bir gün əvvəl insan hüquqları məsələləri üzrə görüşün bəzi iştirakçıları Sudanın təhlükəsilik qüvvələri tərəfindən tutulub saxlanmışlar. Həbslərin səbəbi barədə heç bir məlumat verilməyib, halbuki görüşə Sudan hökuməti icazə vermişdi.

Dünən axşam Sudanın paytaxtı Xartumda insan hüquqları mövzusunda keçirilən yığıncaq zamanı mülki paltar geymiş Sudanın təhlükəsizlik qüvvələri təşkilatın azi 30-a yaxın üzvünü tutub saxlamış, onların əllərindən laptop kompüterləri və şəxsi əşyaları alaraq müsadirə etmişlər. Sudan və Avropa müstəntiqləri, eləcə də insan hüquqları fəalları dörd saata yaxın saxlanılmış və onlardan bəziləri döyülmüşdür. Sudanın Təhlükəsizlik qüvvələri jurnalistləri və müşahidəçiləri yaxına buraxmamışlar. Sudan hökuməti yığıncağa edilən hücuma və icazəsiz həbslər görə dəfələrlə tənqidlərə məruz qalmışdır.

Amnesty İnternational Təşkilatının avropalı vətəndaşlarının, Beynəlxalq Vəkillər Assosiasiyasının və Avropa Komissiyasının üzvlərinin də sudanlılarla birlikdə həbs olunduqları bildirilir. Bu qrupların nümayəndələri həbslərin heç bir əsası olmadığını deyirlər.

XS
SM
MD
LG