Accessibility links

Səddam Hüseynin məhkəməsinə yeni hakim təyin edildi


İraqın sabiq lideri Səddam Hüseynin məhkəməsinə yeni hakim təyin edilib. Tribunalın sözçüsü hakim Rauf Əbdel Rəhmanın sabah işi bərpa ediləcək məhkəməyə sədrlik edəcəyini deyib.

Milliyətçə kürd olan hakim Rəhman Hələbçə şəhərində anadan olub. Bu şəhər 1988-ci ildə Səddam Hüseyn tərəfindən kimyəvi hücum səbəbi ilə minlərlə insanın qətlə yetirilməsinə səhnə olmuşdu. Qeyd edək ki, cari ayın əvvəllərində məhkəmə prosesinin aparılmasında ciddi tənqidlərlə üzləşən hakim Rizqar Məhəmməd Amin istefa vermişdi.

XS
SM
MD
LG