Accessibility links

Kabil həbsxanasından dustaqlar qaçıb


Kabilin yaxşı mühafizə edilən həbsxanasından 7 nəfər qaçdıqdan sonra onların axtarışı davam edir. Həbsxananın direktoru, general Əbdül Salam Bəxşi bildirib ki, bazar günü axşam Poliçərki həbsxanasından 7 nəfər Taliban üzvü qaçıb. Təxminlərə görə onlar məhbusların ailə üzvləri qohumlarını görmək üçün həbsxanaya gələn vaxt qaçıblar. Həbsxanadan qaçanlar Taliban rejiminin yüksək vəzifəli rəsmiləridir. Onların hər biri 16 ilə yaxın həbsə məhkum olunmuşdu. General Bəxşi deyir ki, məhbusların qaçmalarına yardım etməkdə şübhənilən həbsxananın 10 keşikçisi sorğu-suala tutulub.

Qeyd edək ki, bu ikinci dəfədir bir il müddətində Əfqanıstan həbsxanasından məhbuslar qaçır. Keçən il iyulda Usama Bin Ladeinin baş yardımçısı, küveytli Ömər Əl Farux daxil olmaqla 4 terrorçu Birləmiş Ştatlar hərbi qüvvələrinin Kabilin şimalındakı həbsxanasından qaçmışdı. Xatırladaq ki, Əl Farux 2002-ci ildə İndoneziyada həbs edilmiş və Amerikaya təhvil verilmişdi.

XS
SM
MD
LG