Accessibility links

Çiliyə və Liberiyaya ilk dəfə olaraq qadın prezidentlər seçilib


Bu yaxınlarda Liberiyada və Çilidə tarxidə ilk dəfə olaraq qadın prezidentlər seçildi. Çilidə keçirilən seçkilərdə Mişel Başele 53% səslə irəliyə çıxaraq prezident seçildi. O, sosialist koalisiyanı idarə edən hakimiyyətin namizədi idi. Müxalifətdən olan namizəd, biznesmen Sebastian Paynera isə yalnız 46 % səs qazana bilmişdi.

Mişel Başelenin 54 yaşı var. O, həkimdir və üç uşaqlı tək anadır. Onun atası general Alberto Başele keçmiş sosialist prezident Salvador Aliyendenin məsləhətçisi olub. 1973-cü ildə hərbiçilər prezident Aliyendeni devirdikdən sonra general Alberto Başele həbs edilərək işgəncələrə məruz qaldı. General həbsxanada altı ay qaldıqdan sonra vəfat etdi. Onun həyat yoldaşı və qızı ölkənin gizli polisi tərəfindən tutularaq işgəncə mərkəzinə göndərildi. Bundan sonra onları azad edib əvvəlcə Avstraliyaya, sonra isə Almaniyaya göndərdilər.

Mişel Başele Çiliyə 1979-cu ildə qayıtdı. Lakin Avqusto Pinoçetin hakimiyyəti dövründə ona öz həkimlik ixtisası üzrə işləmək qadağan edilirdi. 1990-cı ildə diktatorluq rejimi başa çatdıqdan sonra hakimiyyətə gələn prezident Riçard Lagos həkim Başeleni səhiyyə naziri təyin etdi. İki il sonra isə xanım Başele Çilinin ilk müdafiə naziri oldu.

Xanım Başele onun təşkil edəcəyi hökumətin qadınlara va kasıblara daha çox fikir verəcəyini deyib. O, maliyyə naziri vəzifəsində də işləyib. Eləcə də, həbsxana və sürgündəki həyatın onun siyasi fəallığına təsiri olub.

Keçmiş futbol ulduzu ilə seçkilərdə üzləşən Mayz Conson Sayrlef isə Liberiyada prezident oldu. İndi o, ölkəsində baş vermiş vətəndaş müharibəsindən sonra bərpa işləri ilə məşğuldur. 1989-cu ildə ölkədə baş verən üsyan Çarlz Teylory prezidentliyə gətirdi. Qarşıdurmalar 2003-cü ilə qədər, o hakimiyyətdən gedənə qədər davam etdi. Hal-hazırkı prezident Ellen Conson Sayrlef keçmişlə qurtarılaçağına söz verdi. Xanım Sayrlef illərlə yığılıb qalmış problemləri həll etmək çətin olduğunu üçün keçmiş razılıqları saxlayacağını bildirdi. O dedi ki, onun əsas məqsədi Liberiya xalqının rifahını yaxşılaşdırmaqdır.

Qeyd edək ki, Liberiyanın prezidenti Sayrlef Birləşmiş Ştatların Harvard Univesitetinin İqtisadiyyat fakültəsini bitirib. Amrikanın birinci xanımı Laura Buş və baş katib Kondaliza Rays Liberiya prezidentinin andiçmə mərasimində iştirak ediblər.

XS
SM
MD
LG