Accessibility links

Fəth partiyasının yaraqlıları liderlərinin istefasını tələb edir


Fələstinin Fəth partiyasının yaraqlıları liderlərinin istefası tələbilə Fələstin Qanunveriçi Şurasının Ramallahdakı binasının damına qalxaraq havaya atəş açmışlar. Yaraqlılar seçkilərdə Həmas qrupunun Fəth üzərindəki sarsıdıçı qələbəsinə görə qəzəbləndiklərini bildiriblər. Həmasın təşkil edəcəyi hökumətdə Fəth partiyası iştirak etməyəcək. Fəth partiyasının bəzi yaraqlıları isə Fələstin Muxtar idarəsinin prezidenti Mahmud Abbasın iqamətgahına yaxınlaşmışlar. Lakin itgi barədə məlumat əldə edilməyib.

Fələstin ərazisində gərgin vəziyyət davam edir. Bu gün Fəth partiyasının fəalları həmvətənlərini nümayişə çağırıblar. Bu arada Həmasın yüksək vəzifəli liderlərindən biri Xalid Məşəl Suriyanın paytaxtı Dəməşqdəki bazasında deyib ki, Fələstinin militant qrupları tərksilah olmayacaqlar və İsrailə qarşı tutduqları siyasətdən də əl çəkməyəcəklər. O, bu bəyanatı lider olduğu qrupun Qanunveriçi Şurada mühüm qələbə əldə etdikdən sonra verib. Cənab Xalid Məşəl həmçinin bildirib ki, Həmas və Fələstin xalqı müvəffəqiyyətli siyasi və iqtisadi islahatları həyata keçirməkdə və İsrailə qarşı birgə siyasət yürütməkdə həmrəydir. Həmas qrupu bu son illərdə İsrailə qarşı bir sıra intiharçı hücumlar həyata keçirib. O, İsrailin mövcuddiyyət hüququnu tanımır və İsraili məhv etməyə söz verib.

XS
SM
MD
LG