Accessibility links

İsrail beynəlxalq ictimaiyyəti kompromisə getməməyə çağırır


İsrail keçən həftə seçkilərdə qalib çıxan İslam militant qrupu Həmasa qarşı kəskin ölçülər qəbul edib. Amerikanın Səsinin müxbiri Robert Berger Qüdsdən xəbər verir ki, Həmas da İsrailə qarşı kəskin mövqe tutub.

Baş nazir vəzifəsini icra edən İhud Olmert Həmas fundamental dəyişiklik etmədiyi təqdirdə İsrailin Fələstin muxtariyyəti ilə heç bir əlaqədə olmayacağını deyib. Cənab Olmert həftəlik kabinet yığıncağında deyib ki, Həmas terrordan əl çəkməli, İsrailin sülh və təhlükəszlik şəraitində mövcudluq hüququnu tanımalı, israilin məhvi ilə bağlı iddiasını ləğv etməlidir. Cənab Olmert Britaniya, Fransa, Misir, İordaniya liderləri və BMT baş katibinə zəng edərək bu haqda öz fikrini bildirb. O, deyib ki, bu, beynəlxalq ictimaiyyətin prinsiplərinə uyğun deyil və heç bir kompromisə gedilməməlidir.

İsrailin cabinet naziri Tzahi Haneqbi isə deyib: “Həmas hələ də İsrailin məhvinə çalışan terrorist təşkilatıdır və səni yer üzündən silmək istəyənlə dialoqa gedə bilməzsən”.

Həmas isə öz növbəsində İsraili məhvinə çağıran xartiyasında dəyişiklik və tərksilah niyyətində olmadığını bildirib. Həmas lideri xaled Məşal İsrailə qarşı mübarizə aparacaq bir ordu yaratmaq istədiyini deyib.

XS
SM
MD
LG