Accessibility links

İran Gürcüstana qaz verməyə başlayıb


Gürcüstan son illər ölkədə ən ciddi enerji böhranından çıxmağa yardım məqsədilə İrandan təbii qaz idxal etməyə başlayıb. Dövlət Qaz Şirkətinin rəhbəri David İnqorovka bildirib ki, İrandan təchizat qonşu Azərbaycanın kəmərindən istifadə edilməklə bazar günündən etibarən ölkəyə çatdırılır. Gürcüstan Rusiyadan ölkəyə əsas qaz kəmərində sabotajdan sonra İrandan qaz almağa başlamışdır.

Rusiya kəmərdə təmir işlərini başa çatdırıb bazar günündən Grücüstana qaz təchizatını bərpa etmişdir. Lakin qaz təchizatının normal məcraya düşməsi üçün hələ bir həftə lazım olduğunu deyilir. Rəsmilər Gürcüstanın Rusiyanın bilərəkdən ölkəyə qaz təchizatını kəsməsi haqda ittihamlarını rədd edirlər.

XS
SM
MD
LG