Accessibility links

ABŞ Əfqanıstana yardım vədlərinə sadiq qalır


Dövlət katibi Kondoliza Rays bildirib ki, Birləşmiş Ştatlar Əgfqanıstanda hərbi qüvvələrin sayını ixtisar etsə də, bu ölkəyə yardım vədlərinə sadiq qalır. Xanım Rays ABŞ-ın Əfqanıstanı bir dəfə səhv olaraq tək qoyduğunu və bunun sentyabrın 11-i hadisələri bahasına başa gəldiyini bildirirək, səhvlərin təkrar olunmayacığını deyib. ABŞ Dövlət katibi bu açıqlamaları Londonda donorlar konfransı çərçivəsində Əfqanıstan prezidenti Həmid Karzai ilə görüşü zamanı vermişdir. Prezident Karzai Kondoliza Raysla təhlükəsizlik və regionla bağlı digər məsələləri müzakirə etdiyini demişdir. Əfqanıstanın inkşafına dair donorlar konfransına dünyanın 60-dan çox ölkəsi qatılmışdır.
XS
SM
MD
LG