Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı İraqa monitorinq qrupu göndərəcək


Ümumdünya Səhiyyə Təşkiltı yanvarın 17-də 15 yaşlı qızın quş qripi virusuna yoluxaraq ölməsinin səbəblərini öyrənmək məqsədi ilə beynəlxalaq ekspertlərdən ibarət bir qrupu İraqa göndərəcək. Ümumdünaya Səhiyyə Təşkilatı İraqda təhlükəsizlik təmin olunmadığı üçün quş qripi olan əraziləri monitorinq etməyin çətin olacağını bildirmişdir.

15 yaşlı qızın H5N1 quş qripi virusundan öldüyünü təsdiq edəndən sonra Ümumdünya Səhiyyə Təşkilatı bu həftə qrupun İraqın Suleymaniyyə şəhərinə göndəriləcəyini bildirib. Təşkilatın sözçüsü Ayen Simpson bildirib ki, həmin qız və onun yanvarın 27-də tənəffüs orqanları xəstəliyindən vəfat edən dayısı, habelə, şübhəli üçüncü halla bağlı London laboratoriyasında testlər keçirilir.

Qeyd edək ki, Syleymaniyyə dörd nəfərin ölümü də daxil edilməklə 12 adamın quş qripinə yoluxduğu Türkiyə ilə sərhəddə yerləşir. İraq artıq H5N1 virusu aşkar edilən yeddinci ölkədir. Virusun ilk dəfə aşkar edildiyi ölkə 2003-cü ildə Vyetnam idi. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatda əsasən Asiya ölkələri olmaqla 180 nəfərin quş qripinə yoluxduğu və onlardan 85-nin öldüyü bildirilir.

XS
SM
MD
LG