Accessibility links

Amerikada uşaqlar arasında kökəlmə artır


Birləşmiş Ştatlarda son 25 il ərzində uşaqlar arasında kökəlmə dörd dəfə artıb. Son araşdırmalar göstərir ki, bəlkə də bunda televiziya reklamları günahkardır. Hesabatda “fəst fud” reklamlarının uşaqların yeməyinə təsiri olduğu təyin edilib. Bu, Tibb İnstitutunun bir qrup alimi tərəfindən paraılan araşdırmaların nəticəsində deyilir.

Keçən il ərzaq ticarəti uşaqlar üçün reklamlara on milyard dollar xərcləmişdir. Şəkərli siriallar, qazlı şirin sular və “fəst fud” reklamlarının çoxunda belə ərzaqların tərkibi haqda ya çox az, ya da heç məlumat verilmir.

Uşaqları cəlb etmək üçün əsasən məşhur cizgi filmlərinin surətlərindən istifadə edilir. Araşdırmalar göstərib ki, ərzaq sənayesi reklamlarını sağlam yeməklərə sövq edən reklamlarla əvəz etməlidir. Lakin Ərzaq İstehsalı Assosiasiyasının nümayəndələrinin dediyinə görə, dəyişiklik var. Cizgi filminin qəhrəmanı Spancbab Square Pants idi ispanağı və Blues Qlas isə südü reklam edir.

Assosiasiya bildirir ki, uşaqlar üçün ərzaq növü artımı 1994-cü ildə 52 idisə, keçən il 500-ə çatıb. Bəzi dietoloqlar deyirlər ki, ərzaq sənayesi tənzimlənməlidir. Hesabatda deyilir ki, hökumət gələn iki il ərzində ərzaq istehsalını monitorinq, Konres isə buna müdaxilə etməlidr.

Uşaqlar təkcə televiziya reaklamları ilə hədəf alınmayıblar. Mağaza kuponları, hətta şifahi reklamlarla uşaqlar valideynlərini istədiklərini almağa vadar edirlər.

XS
SM
MD
LG