Accessibility links

BMT-nin nüvə agentliyi İranın nüvə proqramını müzakir edir


Beynəlxalq Atom Enerjisi agentliyi Vyanada İranın nüvə proqramı ilə bağlı iki günlük iclasına başlayıb. Qurumun rəhbəri Məhəmməd ƏL-Baradei bildirib ki, İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət böhranlı nöqtəyə çatsa da, hələlik bunu böhran adlandırmaq olmaq. O, İranın qarşısı alınmaz təhlükə təşkil etmədiyini demişdir. Vyanada dünyanın 35 ölkəsinin daxil olduğu Beynəl xalq Atom Enerjisi agentliyinin idarə heyətinin iclasında Avropanın İranla bağlı məsələnin mümkün sanksiyaların tətbiqi üçün BMT-nin Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılmasına çağıran qətnamə layihəsi müzakirə olunur.
XS
SM
MD
LG