Accessibility links

Özbəkistanda müxalifət üzvünün məhkəməsi başlayıb


Səncər Umarovun məhkəməsi qapalı keçir.
Müxalifət fəallarının çoxu təqiblərdən yaxa qurtarmaq üçün ölkəni tərk edib. Lakin cənab Səncər Umarov ölkədə fəaliyyətini davam etdirmək qərarına gəlmişdir. O hazırda iqtisadi cinayətlərə görə ittiham olunur. Ona qarşı irəli sürülən xarici valuta saxlamaq, vergilərdən boyun qaçırmaq və rüşvət almaq ittihamları irəli sürülür. Səncər Umarov keçən il may aynın 13-də Əndicandakı dinc nümayişə qarşı silahlı qüvvədən istifadə edilməsini tənqid etmişdi. Həbs edildikkdən az sonra vəkili onu həbsxanadakı otağında çılpaq və hüşsuz halda tapmış və ifadə almaq üçün ona dərman verildiyini müəyyən etmişdir. Umarovu dəstəkləyənlər ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu təsdiq edərək bildirirlər ki, onun məhkəməsi Sovet İttifaqı zamanı aparılan şou-məhkəmələrə bənzəyir. Moskva Karnegi araşdırma mərkəzinin siyasi təhlilçisi Aleksey Malaşenko deyir ki, bu məhkəmələr ictimai dissidentə ölüm hökmüdür. Rusiyanın dəstəklədiyi Özbəkistan hökuməti Əndicanda baş verən zorakılıqlara görə məsuliyyəti islamçı qrupların üzərinə atır. Lakin Avropa Birliyi və Birləşmiş Ştatlar, habelə müstəqil insan hüquqları təşkilatları təhlükəsizlik qüvvlərinin Əndicanda yüzlərlə günahsız vətəndaşı qətlə yetirdiyini bildirirlər.
XS
SM
MD
LG