Accessibility links

Misrin sərnişin gəmisi Qırmızı dənizdə batıb



Səudiyyə Ərəbistanından Misrə gedən bərədə 1300-dən çox sərnişin var idi. Misir televiziyası azı 100 nəfərin xilas olduğu barədə məlumat verib. Misrin Qərmızı dəniz vilayətinin vəlisi Əbu Bəkr Əl-Raşidi Amerikanın Səsinə deyib ki, bərə dünən Səudiyyə Ərəbistanının qərbindəki Dubah limanından yola düşmüşdür. Cədvələ əsasən, bərə bu gün Misrin Safağa limanına çatmalı idi. Lakin bərənin vaxtında yetişmədiyi müəyyən olduqda, dərhal axtarışa başlanılmışdır. Vali Raşidi deyib ki, bərə ilə əlaqə səhər saat 3-də itmişdir. Misir gəmi ilə əlaqənin kəsildiyi yerə xilas dəstələri və təyyarələr göndərmişdir. Rəsmilərin təxminlərinə görə, qəzaya hava şəraitinin pis olması və su səviyyəsinin qalxması səbəb ola bilər. Bərədəki sərnişinlərin çoxunun misirli olduğu bildirilir. Misrin dörd təhqiqat gəmisi də məntəqəyə yola düşüb. Britaniya da bölgəyə hərbi gəmilər göndərib. Hələlik bərənin qəzaya uğramasının dəqiq səbəbləri məlum deyil.

XS
SM
MD
LG