Accessibility links

Beynəlxalq Atom Enerji Agentliyinin Müdirlər Şurası qərar qəbul edib


Beynəlxalq Atom Enerji agentliyinin Müdirlər Şurası İranın nüvə programı məsələsini BMT-nin Təhülükəsizlik Şurasına təqdim etmək haqqında qərar qəbul edib. Lakin Müdirlər Şurasının gələn aya qədər bu məsələ ilə əlaqədar hansısa addım atacağı gözlənilmir.

Avropalıların dəstəklədiyi qətnaməni Çin və Rusiya himayə etdikdən sonra Müdirlər Şurasının 35 üzvündən 27-i İran məsələsini Təhlükəsizlik Şurasının müzakirəsinə təqdim etməyə razılıq verib. Səsvermədə 5 ölkə iştirak etməyib, 3 ölkə isəqətnamənin əleyhinə səs verib.

Bu məsələ barədə qızğın diplomatik mübahisələr və Müdirlər Şurasına təqdim edilən qətnaməyə Yaxın Şərq bölgəsinin nüvədən azad zona olması çağırışı əlavə edildikdən sonra Misir də qətnaməyə müsbət səs verib.

Beynəlxalq Atom Enerjisi agentliyindəki Birləşmiş Ştatların səfiri Qreqori Skult deyib ki, indi İran nüvə programı ilə bağlı ciddi surətdə beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etməlidir. Lakin İranın Təhlükəsdizlik Şurasının baş katibi Əli Laricani Beynəlxalq Atom Enerjisi Agetliyinə yazdığı bəyanatında qeyd edib ki, yekun sənəd İranın etimadına bir zərbədir və onu tamamilə təxrib edir.

İranın nüvə üzrə yüksək vəzifəli rəsmisi Cavad Vaidi isə deyib ki, ölkəsi Rusiya ərazisində uranın zənginləşdirlməsi prossesini həyata keçirmək üçün Moskvanın irəli sürdüyü təklifi rədd edə bilər. O, əlavə edib ki, uranın zənginləşdirilməsi İranın mərkəz bölgəsindəki Natanz nüvə stansiyasında həyata keçiriləcək. İran nüvə programının dinc məqsəd daşıdığını bildirir.

XS
SM
MD
LG