Accessibility links

Qırğızıstanda etnik qarşıdurma baş verib


Bu gün polis Qırğızıstanın Iskra kənd sakinlərinin etiraz aksiyasını dağıtmaq üçün göz yaşardıçı qazdan istifadə edib. BNümayiş kənddə qırğızlarla çindillli müsəlman etnik dunganlar arasındakı toqquşmalardan bir gün sonraya təsadüf edir. Etnik dunganların yaşadığı kənd Bişkekdən 70 kilomert şərqdə, Çin sərhəddi yaxınlığında yerləşir. Qarşıdurma iki gənc qırğızın dunganlar tərəfindən döyülməsindən sonra baş verib. Polis bildirir ki, bədən xəsarəti alanlar müalicə almaqdan imtina etdiklərinə görə, onların dəqiq sayı haqda məlumata malik deyil. İskra kəndinin 2400 sakiniin təxminən 90 faizini dunganlar təşkil edir. Rayon polis idarəsinin rəis müavini Mixail Kopılov bildirib ki, zorakılıqların qarşısını almaq üçün İskra kəndinə 250-ə yaxın polis yerləşdirilib.
XS
SM
MD
LG