Accessibility links

Etiraz dalğası artmaqdadır


Bu gün Asiyada Məhəmməd Peyğəmbərin karikaturalarına etirazlar vüsət alıb. Əfqanıstanda 3 minə yaxın nümayişçi paytaxt kabil də daxil edilməklə, bir neçə şəhərdə etiraz aksiyası təşkil edib. Polis və şahidlərin bildirdiyinə görə, Mehtərlam şəhərində təlhükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurma zamanı iki nəfər öldürülüb. Hadisə zamanı bir neçə adamın xəsarət aldığı deyilir. Əfqanıstanın paytaxtında beynəlxlaq sülhməramlı qüvvələrə məxsus 3 maşın daşa basılıb. Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Aksiya iştirakçıları Amerika Birləşmiş Ştatlarının Kabildəki hərbi bazasının mühafizə binasının şüşələrini sındırmışlar. Surətinin əks etdirilməsi günah hesab edilən Məhəmməd Peyğəmbərin təhqiredici karikaturalarına etiraz dağlası Pakistanda da yüksəlmişdir. Rəsmilər və qanunvericilər karikaturaları küfr kimi qiymətləndirərək, bunun bütöv müsəlman dünyasına təhqir adlandırıblar. Pakistanın baş naziri Şövkət Əziz buna minasibətini bidlirmişdir.”Heç bir sivil cəmiyyət başqa dini gülünc vəziyyətə sala bilməz. Əgər biz dinc, dinlər hamoniyası mövcud olan bir dünya qurmaq istəyiriksə, Avropada nəşr edilən bu karikaturalar buna yardım etmir. Bu, əksinə münasibətləri mürəkkəbləşdirir”-deyə baş nazir bildirib. Müsəlmanların qəzəbinin ilkin mənbyi Danimarka mətbuatı olmuşdu. Danimarkanın diplomatik missiları hazırda qəzəbli nümayişçilərin hədəflərinə çevrilmişdir. Hindistanda qiyam polisi yüzlərlə etirazçıya qarşı gözyaşardıcı qaz və təzyiqli sudan istifadə etmişdi. Nəticədə 4 tələbə yaralanmış, 12 etirazçı həbs edilmişdir. İndoneziya da həmçinin etiraz dalğasına səhnə olmuşdur. Dünyanın ən çox müsəlman əhalisi olan bu ölkəsində polis dəfələrlə havaya xəbərdarlıq atəşi açmışdır. Xatırladaq ki, Türkiyənin baş naziri Receb Teyyub Ərdoğan da cümə günü etirazlara qoşulmuş, karikaturaları müsəlmanların mənəvi dəyərlərinə hücum kimi qiymətləndirmişdi. O, mətbuat azdalığına məhdudiyyətlər qoyulmasına çağıraraq, siviizasiyalar arasında sabitliyin bərqərar edilməsinə çalışıldığı bir vaxt karikaturaları münaqişələrə katalizator kimi qiymləndirmişdir. Baş nazir Ərdoğanın mətbuat azadlığı ilə bağlı bəyanatı Avropa Birliyinin tənqidləri ilə qarşılanmışdır.
XS
SM
MD
LG