Accessibility links

Əl-Qaidə terrorçusu olmaqda şübhəli bilinən Zəkəriyyə Musəvinin məhkəməsi başlayıb


Virciniya ştatının məhkəməsində sentyabrın 11-i hadisələrilə əlaqədar yeganə ittiham olunmuş şəxs Mərakeş mənşəli Fransa vətəndaşı Zəkəriyyə Musəvinin məhkəməsi başlayıb. Əl-Qaidə terrorçusu olmaqda şübhəli bilinən Zəkəriyyə Müsəvi qeyri-adi olaraq, hakimlə mübahisə edib. Məhkəmə zalına gətirilən Musəvi “Mən Əl-Qaidəyəm” kimi bəyanat vermiş və prosesi məzhəkə adlandırmışdır.
Məhkəmədə son qərarın verilməsində iştirak edəcək 12 nəfərədən ibarət münsiflər heyətinin seçilməsi üçün 500-dən çox adam dindirilmişdir. Bu 12 nəfər dinləmələrdə iştirak etdikdən sonra hakim ona inyeksiya yolu ilə ölüm hökmü, ya da ömürlük həbs cəzası çıxaracaq.
Keçən il 37 yaşlı Musəvi Əl-Qaidə ilə əlbir olmaq və 747 nömrəli təyyarəni Ağ Evə vurmaq niyyətində olduğunu etiraf etmişdir. Prokurorlar onun 2001-ci il sentyabrın 11-i 20-ci təyyarə qaçıran olduğunu hesab edərək, onu terror aktlarında əlbir olmaq və ABŞ vətəndaşlarını qətlə yetirmək niyyətində olmaqda ittiham etmişlər. Zəkəriyyə Musəvi ölüm cəzası aldığı halda, mübarizə aparacağına söz vermişdir. Hökmün çıxarılması mart ayının 6-a təyin edilib.
XS
SM
MD
LG