Accessibility links

Əfqanıstanda kamikadze hücumu həyata keçirilib


Əfqanıstanda kamikadze hücumu nəticəsində 13 adam həlak olub, onlarla insan yaralanıb. Daxili İşlər Naziriliyinin məlumatında deyilir ki, intihar hücumu Qəndəhar şəhəri yaxınlığında güclü mühafizə olunun polis idarəsinin dağılmasına səbəb olub. Ölənlərin 7-i polis işçisi, qalanları siə mülki vətəndaşlardır. Hücumun məsuliyyətini Taleban döyüşçüləri üzərinə alıb. Bu gün Fərəh vilayətinin Herat-Qəndahar yolunda bir türk mühəndisi yol kənarına yerləşdirilmiş bomba partlayışı zamanı həlak olub.
XS
SM
MD
LG