Accessibility links

Əfqanıstanda etiraz dalğası güclənməkdədir


Bu qün Əfganıstanın şimalında Məhəmməd peyğəmbəri terrorçu kimi təsvir edən karikaturalara etiraz olaraq izdihamlı nümayiş keçirilib. Nümayiş zamanı minlərlə qiyamçı NATO qoşunları ilə toqquşub. Reqiondakı BMT ofisinin nümayəndələri bölgədən köçürülüb. Əfganıstanın şəhər və qəsəbələrdə Məhəmməd peyğəmbəri nalayiq şəkildə təsvir edən karikaturalara etiraz olaraq keçirilən nümayişlər zamanı ən kəskin qarşıdurma Əfganıstanın şimal-qərbindəki Mayamana şəhərində baş verib. Burada nümayişçilərlə şəhəri tərk edən Birləşmiş Millətlər Təşkilatının işçilərini müşaiyət edən NATO sülhməramlı qüvvələri arasında toqquşma baş vermişdir. Nümayışçilərin NATO-nun Norveç və Finlandiya əsqərlərindən ibarət sülhməramlı qüvvələrinin yerləşdiyi bazaya hücum cəhdinə polis tərəfindən mane olunmuş, nəticədə bir nümayişçi öldürülümüş, onlarla nümayışçi yaralanmışdır.
XS
SM
MD
LG