Accessibility links

Koretta Skot Kinq son mənzilə yola salındı


Prezident Buş və birinci xanım Lora Buş Amerikada vətəndaş hüquqları müdafiəçisi Martin Lüter Kinqin həyat yoldaşı Koretta Skot Kinqin dəfn mərasimində iştirak ediblər. Sabiq prezidentlər Bil Klinton, Cimmi Karter və Corc Herbert Buş da dəfn mərasimində olublar. Xüsusi mərasim Atlanta şəhərində xanım Kinqin qızı Bernisin ruhani olduğu kilsədə keçirilmişdir. Prezident Buş ABŞ-ın hökumət binalarında bayraqların xanım Kinqin ölümü münasibətilə yarıya qədər endirilməsi haqda göstəriş vermişdir.
Matin Lüter Kinqin 60-cı illərdə moizə oxuduğu Ebenezer baptist kilsəsindəki emosional mərasim tele ulduz Ofra Vinfrinin niqti ilə başlamışdır. O, Koretta Kinqi Amerikanı doğulduğu vaxtla müqayisədə daha yaxşı bir ölkəyə çevirən “kraliça” adlandırmışdır. Xərçəng xəsətliyindən əziyyət çəkmiş, keçən ilin avqust ayında iflic olmuş Koretta Skot Kinq yanvar ayının 30-da 78 yaşında vəfat etmişdir.
XS
SM
MD
LG