Accessibility links

Robert Köçaryan və İlham Əliyev bu gün Fransada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara başlayıblar.


Ermənistan və Azərbaycan prezidentləri Robert Köçaryan və İlham Əliyev bu gün Fransada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı iki günlük danışıqlara başlayıblar.

Parisdən Amerikanın Səsinin müxbiri Lisa Brayant xəbər verir ki, ekspertlər danışıqlar ilə bağli ehtiyatlı nikbinliklərini ifadə edirlər. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Robert Köçaryan arasında danışıqlarda ortalığa mühüm məsələlər qoyulub.

Azərbaycanın əhalisinin əsas etiabrilə ermənilərin yaşadığı 1991-ci ildən müstəqilliyi elan edilən Dağlıq Qarabağın statusu çətin məsələ olaraq qalır. Cənubi Qafqaz regionunda müharibə 30 min insanın ölümü və milyona yaxın insanın öz yerlərindən didərgin düşməsilə nəticələnmişdir. Hazırda illərdir aparılan beynəlxalq diplomatik səylərdən sonra təhlilçilər ümid edir ki, Paris ətrafında Rambuilleyedə keçirilən danışıqlar mübahisəli anklavın son statusunun müəyyənləşməsinə aparacaq yol xəritəsinin hazırlnamasına gətirib çıxara bilər.

Beynəlxalq Böhran qrupundan Sabin Frezeyrin fikrincə, tərəflər Rambulyedə prinsipial razılaşmanı müzakirə edə bilərlər. Bu isə kompromis razılığın əldə olunmasına əsas ola bilər. “Bu, doğrudur ki, tərəflər olduqca qəti mövqedə dayanırlar. Lakin bununla belə, iki ildir Praqa prosesi adlanan proses çərçivəsində müzakirələr aparılır. Bu vaxt ərzində belə görünür, onlar sülhə nail olunması üçün müəyyən kopromislər əldə ediblər.”

Mətbuatda verilən xəbərlərə əsasən, liderlər iki mərhələli proses haqda razılığa gələ bilərlər. İlk addım kimi, Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazisində olan Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxa bilər. Onlar beynəlxalq sülhü-mühafizə qüvvələrilə əzvə edilə bilər. Bundan sonra isə anklavın son statutunun müəyyən edilməsi üçün referendum keçirilə bilər.

Əgər razılıq əldə olunsa, ekspertlərin fikrincə, Gürcüstan da daxil olmaqla, Qafqaz regionunda yeni investisiyalar və ticarət nəticəsində güclü iqtisadi inkişaf müşahidə oluna bilər. Lakin danışıqlarda inkişaf əldə olunmasa, Beynəlxalq Böhran qrupundan Sabin Freyzer xəbərdarlıq edir ki, region yeni münaqişəyə sürüklənə bilər.

“Azərbaycan hərbi büdcəsini böyük həcmdə artırmışdır. Bu, hazırda 60 milyon dollardır və Azərbaycan son nəhayətdə müharibəyə hazırlıq üçün hərbi büdcəsini artıracağını bildirir. Əgər biz yaxın gələcəkdə danışıqları müşahidə etməsək, çox güman ki, Azərbaycan öz ərazilərini hərbi yolla qaytarmaq üçün gücdən istifadə edə bilər.”

Lakin ekspertlər hesab edir ki, davamlı sülhə nail olmaq çox çətindir. Onların fikrincə, hər iki prezidentlə təkbətək görüşən Fransa prezidenti Jak Şirakın təşəbbüsü kimi yüksək səviyyədə beynəlxalq dəstəyə ehtiyac var. Digər tərəfdən, əldə olunacaq razılaşmanı qəbul etmələri üçün Azərbaycan və Ermənistan, habelə Dağlıq Qarabağ əhalisini hazırlamaq lazımdır.

XS
SM
MD
LG