Accessibility links

BMT danışıqlara üstünlük verir


BMT-nin baş katibi Kofi Annan İranı nüvə fəaliyyətlərinin dayandırmağa çağırmış, Rusiya ilə danışıqları davam etməyi təklif etmişdir. Rusiya uranın zənginləşdirilməsi proqramını dayandırdığı təqdirdə İrana onun nüvə yanacağı ilə təmin edilməsini təklif edib. İranın bildiridiyinə qörə, bu yanacaq elektrik enerjisinin istehsalı üçün lazımdır. Lakin Birləşmiş Ştatlar və Avropa Birliyi ehtiyat edirlər ki, İran nüvə silahları istehsal etmək istəyir. Keçən həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramı məsələsini BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə verilməsi qərarından sonra Tehran nüvə proqramının bərpa ediləcəyini bəyan etmişdi. Agentlik İrandakı son inkiaşflarla bağlı hesabatı Təhlükəsizlik Şurasına mart ayının 6-da təqdim edəcək. BMT-nin baş katibi Annan deyib ki, o, böhrandan çıxış yolunu tapmaq üçün üzv ölkələrlə birqə çalışacaq və danışıqları Təhlükəsizlik Şurası hədə-qorxularından daha üstün tutur. Çin və Rusiya yaranmış vəziyyətdən çıxış yolunu danışıqlarda görür.
XS
SM
MD
LG