Accessibility links

Konqres Katrina qasırğasına hökumətin cavabı ilə bağlı hesabat hazırlayıb


Birləşmiş Ştatlar Konqresinin hazırladığı hesabatda göstərilir ki, federal hökumətin keçən il Katrina qasırğasından sonra hadisə qurbanlarına yardım göstərməyə qadir olmaması, “milli fəlakət”in yaranmasına gətirib çıxarmışdır. Mətbuatda verilən məlumatlarda deyilir ki, hesabatda Daxili Təhlükəsizlik naziri Maykl Çertoff öz vəzifələrini gec və qeyri-effektiv şəkildə yerinə yetirdiyinə görə kəskin tənqidlərə məruz qalmışdır. Bu həftə Maykl Çertof Senatın Katrina qasırğasının nəticələrinin aradan qaldırlmasını araşdıran komitəsi qarşısında ifadə verməli idi. Lakin komitə bu tədbiri təxirə salmışdır. Bazar ertəsi günü çıxışı zamanı Maykl Çertof rəhbərlik etdiyi nazirliyin yol verdiyi bütün səhvlərə görə məsuliyyət daşıdığını bildirmiş və eyni zamanda, Federal Fövqəladə vəziyyətlər agentliyinin daha təsirli iş görməsi məqsədilə dəyişiklikləri açıqlamışdır.
XS
SM
MD
LG