Accessibility links

Jurnalistəri Müdafiə Komitəsi özünün illik hesabatını açıqlayıb


Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, aparıcı jurnalistin qətli, digər jurnliastlərin həbsi, polis zorakılığı və bürokratik maneələr noyabrın 6-ı parlament seçkilərindən öncə müstəqil informasiya çatışmazlığı ilə nəticələnmişdir. Komitənin bildirdiyinə görə, rəsmilər müstəqil və müxalifət jurnalistlərə xəyanətkar kimi baxır və prezidenti dətəkləməyən mediyada reklam yerləşdirməmək üçün özəl şirkətlərə təzyiq göstərir. Hökumət Qasid və Azərmətbuatyayımı kimi iki ən böyük dstribyutor şirkətini nəzarət altında saxlayır və hökumətə loyallığı ilə seçilməyən Qasid kimi özəl distribyuterlərin fəaliyyətinə mane yaradır.
Hesabatda göstərilir ki, jurnalistlərə qarşı məhkəmə işləri qaldırılır. 2005-ci ildə ölkənin ən böyük müxalifət qəzeti olan “Yeni Müsavat” rəsmiləri təhqir etmək itithamı ilə Bakı şəhər məhkəməsində 160 min dollar məbləğində cərimə edildikdən sonra bir neçə ay nəşrini dayandırmalı olmuşdu. Bəzi jurnalistlər hökumətin yol verdiyi pozuntular barədə məlumat verdikləri üçün polis tərəfindən zorakılığa məruz qalmışlar.
Mart ayında “Monitor” jurnalının təsisçisi və redaktoru Elmar Hüseynovun öz evinin blokunda qətlə yetirilməsi ölkədə qorxu hissləri və özünü senzuranın güclənməsinə səbəb olmuşdur. Jurnalisətləri Müdafiə Komitəsinin hesabatında deyilir ki, belə görünür, hücum yaxşı təşkil olunmuşdur; bunanın girəcəyində işıqlar keçmiş, güllə atılan zaman telefonlar qapanmışdır. Elmar Hüseynovun yaxınları ona hədə-qorxu gəlindiyini və jurnalistin öz təhkükəsizliyinə görə narahat olduğunu bildilrmişlər.
Jurnalistin qətli Bakıda hökumət əleyhinə geniş etiraz nümayişlərinə səbəb olmuşdur. Prezident İlham Əliyev Elmar Hüseynovun qətlindən sonra martın 20-də 115 nəfər siyasi məhbusun azad edilməsi haqda qərar qəbul etmişdir. ”Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu onların arasında olmuşdur. O, 2003-cü ildə həsb olunmuş və hökumət əleyhinə iğtişaşlar təşkil etmək itithamları ilə ona beş il həbs cəzası verilmişdir. Rauf Arifoğlu və onunla birgə altı müxalifət liderinin azad edilməsi ilə onların üzərindən çoxlarının siyasi motivlərə əsasənı irəli sürüldüyü deyilən cinayət ittihamlarının götürülməsi haqda qərbin tələbləri təmin edilmədi. Hesabata əsasən, jurnalistlərin böyük hissəsi komitəyə bildirib ki, Rauf Arifoğlu “Yeni Müsavat”ın prezident Əliyev və onun hökumətinə qarşı kəskin tənqidlərinə görə cəzalandırılmışdır.
2003-cü ildə saxtakarlıqlarla müşayət olmuş seçkilərin təkrar ola bilməsindən ehtiyat edən qərb ölkələri prezident Əliyevi noyabr seçkilərinin azad və ədalətli keçməsini təmin etmək üçün islahatlar aparmağa çağırmışlar. Beynəlxalq təzyiqlərlə qarşılaşan partlament son anda oktyabr ayında islahatları qəbul etdi. Lakin bu tədbirlər beynəlxalq ictmaiyyətin Mərkəzi Seçki Komissiyasının üzvlərinin hökumət tərəfdarı şəxslərdən ibarət olmamasını təmin etmək haqda əsas tələbini qarşılamadı.
Hesabatda habelə deyilir ki, Azərbaycan hökuməti Avropa Şurası qarşısında AZT 1-in ictimai televiziyaya çevrilməsi haqda öz üzərinə götürdüyü öhdəliyə əməl etmədi. Milli Yayım Şurası hökumətin tam nəzarəti altında qalmağa davam edir.
Jurnalistləri Müdafiə Komitəsi jurnalistlərə qarşı zorakılıqların davam etdiyini bildirir. Hesabatda göstərilir ki, oktyabr ayında polis sanksiyalaşdırılmamış mitinq zamanı 10 jurnalisti döymüşdür. “Zerkalo” qəzetinin müxbiri İdrak Abbasov huşunu itirənədək döyülmüş və Bakıda xəstəxanaya aparılmışdır. Polis onun otağının qarşısında gözətçi qoyaraq, jurnalistlərin ona baş çəkməsinə imkan verməmişdir.
Hesabatda bununla yanaşı, Azərbaycanın müxtəfli rayonlarında jurnalistlərin yerli rəsmilərin təzyiqlərinə məruz qaldığı qeyd edilir.

XS
SM
MD
LG