Accessibility links

Yaponiya İran məsələsinin həllində vasitəçilik etməyə hazırdır


Yaponiyanın xarici işlər nazirliyi bu xəbəri təsdiq edərək bildirib ki, cənab Müttəqi fevralın 27-də başlayaraq üç günlük səfərlə Tokioda olacaq. Danışıqlar zamanı İranın nüvə programı diqqət mərkəzində olacaq. İran Beynəlxalq Atom Enerjisi agentliyi, habelə Birləşmiş Ştatlar daxil edilməklə, qərb ölkələrinin bu məsələ ilə bağlı narahatlıqlarına baxmayaraq, nüvə silahlarında işlədilə biləcək kiçik miqyaslı uranın zənginləşdirilməsi prossesinə başladığını təsdiq edib. Yaponiya bu inkişaflar fonunda İranla beynəlxalq ictimaiyyət arasında vasitəçi rol oynayacağına ümid bəsləyir. Birləşmiş Ştatlarla yaxın əlaqələrinə baxmayaraq, Yaponiya İranla dost münasibətlər saxlayır. Bu ayın əvvəli Beynəlxalq Atom Enerjisi agentliyi İranın agentliyin razılıqlaraına əməl etdiyini bildirərək məsələni BMT-nin Təhlükəsizlik Şurasına çıxarmışdır.
XS
SM
MD
LG