Accessibility links

İraqda zorakılıqlar artmaqda davam edir


Bu gün Bağdadda bomba hücumları nəticəsində üç uşaq daxil olmaqla, 11 iraqlı həlak olub. Rəsmilərin verdiyi məlumata görə, uşaqlar məktəbə gedən zaman foto malları mağazının qarşısında bomba parlamışdır.

Eyni zamanda, şəhərin müxtəlif yerlərində üç maşına yerləşdirilmiş bomaba partlayışları nəticəsində dörd polis nəfəri və iki mülki şəxs həlak olmuşdur.

Bağdadın cənub hissəsində silahlı şəxslər polis kapitanını və onun sürücüsünü qətlə yetirmişlər. Şəhərin qərb hissəsində isə polis başından güllə ilə vurulmuş dörd nəfərin cəsədini aşkar etmişdir. Polis onları əlləri bağlı olduğunu və işgəncəyə məruz qaldığına dair işarə olduğunu bildirmişdir.

Bu arada, ABŞ hərbi qüvvələri Amerika əsgələrinin dünən və bu gün Bağdadda baş vermiş insidentlər zamanı terrorçuluqda şübhəli bilinən dörd nəfəri qətlə yetirdiyini bildirmişdir.

XS
SM
MD
LG