Accessibility links

BMT Quantanamo məhbuslarına dair hesabat açıqlayıb


BMT-nin İnsan Hüquqları komissiyasının açıqladığı yeni hesabatda Birləşmiş Ştatlar Kubada Quantanamo bazasında saxlanan məhbusları ya azad etmək, ya da onların məhkəməsini keçirməyə çağırılır. Bəyanatda deyilir ki, beynəlxalq qanuna əsasən, terrorizmə qarşı müharibə silahlı münaqişə demək deyil. Sənəddə ABŞ hökumətinin məhbusların müstəqil tribunal tərəfindən ədalətli məhkəmə keçirilməsinə dair hüququnu pozduğu haqda nəticə çıxarılır. Komissiyanın 5 müstəqil ekspertinin yazdığı hesabat sabiq məhbuslar, vəkillər, media nümayəndələri və qeyri-hökumət təşkilatlarının üzvlərilə müsahibələr, habelə, ABŞ-ın qeyri-məxfi sənədələri əsasında hazırlanmışdır. Hesabata münasibət bildirən Ağ evin sözçüsü Skot Makkellan demişdir ki, Əl-Qaidə ilə əlaqəsi olan məhbuslar saxta informasiya vermək haqda təlim keçmiş təhlükəli terrorçulardır.
XS
SM
MD
LG