Accessibility links

Pakistan islamçıları yeni aksiyalara cağırır


Pakistanın radikal islam koalisiyası Məhəmməd peyğəmbərin karikaturalarına etiraz olaraq daha artıq aksiya keçirilməsinə çağırıb. Pakistanın “Məclisi Amal” təşkilatı bildirib ki, nümayişlərin yeni dalğası cümə günündən etibarən başlayacaq. Qeyd edək ki, çağırış alyansın lideri Qazi Hüseyn Əhmədin ev dustaqlığından azad edilməsindən sonra səslənib. Cənab Əhməd İslamabadda nümayişlərin qadağan edilməsindən əvvəl həbs edilən yüzlərlə sərt-xətt tərəfdarı arasında idi. Bu gün Əfqanıstanda yüzlərlə tələbə karikaturalara etiraz olaraq dinc nümayişdə iştirak etmişlər.
XS
SM
MD
LG