Accessibility links

İraqda təriqətlərarası münaqişələr artır


İraqda şiələrin ibadətgahı olan Əskəriyyə məqbərəsinə edilən bomba hücumu təriqətlərarası düşmənçiliyi daha da artırıb. İraq prezidenti deyib ki, bu hadisələr ölkədə vətəndaş müharibəsinə yol aça bilər.

Rəsmilərin bildirdiyinə görə, polis paltarı geymiş bir həfər Samarradakı 100 il bundan əvvəl tikilmiş Əskəriyyə məqbərəsini partladaraq sıradan çıxarmışdır. Bu hadisədən sonra şiə müsəlmanlar Samarrada, Bağdadda və digər şəhərlərdə etiraz nümayişlərinə çıxmışlar. Onlarla sünni müsəlman məscidləri hücuma məruz qalmış, üçü dini xadim olmaqla altı nəfər qətlə yetirilmişdir.

İraq şiələrinin baş dini xadimi Böyük Ayatolla Əli Əl-Sistani nümayışçıləri zorakılıqlara əl atmamağa çağırmış və 7 gün matəm elan etmişdir. Ölkənin şünni dini rəhbəri də məqbərəyə edilən hücumu qınamşdır.

Bunlarla yanaşı, Ağ Ev də hücumu pisləmiş və təcili sakitliyə çağırmışdır. Hadisədə əli olmaqda şübhələnilən bir neçə nəfərin nəzarət altına alındığı bildirilir. Qeyd edək ki, bazar ertəsi və çərşənbə axşamı Bağdadda şiələrin çoxluq təşkil etdiyi ərazilərə hücum nəticəsində azı 32 nəfərin qətlə yetirilib.

XS
SM
MD
LG