Accessibility links

Müharibə cinayətkarı axtarışdadır


BMT-nin prokuroru Karla del Ponte Bosniyada müharibə cinayətləri törətməkdə ittiham edilmiş general Ratko Mladiçin hələ də Serbiyada axtarışda olduğunu bəyan edib. Haaqada jurnalistlərlə açıqlamalar vermiş Karla del Ponte sabiq serb hərbi komandiri Ratko Mladiçin həbs olunduğuna dair şaiyələri rədd etmişdir. Mətbuat konfransında prokuror Karla del Ponte demişdir ki, o, Serbiya rəsmilərindən Mladiçin həbsdə olmadığını öyrənmişdir.

Ratko Mladiç Haaqada müharibə cinayətləri üzrə tribunal tərəfindən axtarılır. O, Srebrenitsada İkinci Dünya müharibəsindən sonra ən böyük qəddarlıq aksiyası kimi qiymətlənidirilən 8 min müsəlman oğlan və kişinin qətlinamında günahlandırlılr.

Prokuror del Ponte deyib ki, Serbiya rəsmiləri onun ədaələt məhkməsi qarşısında çıxalımasını təmin etməlidirlər. Onun bildirdiyinə görə, Avropa Birliyi 25 dövlətin daxil olduğu quruma üzv olmaq istəyən Serbiyaya təzyiqləri artırmalıdır.

XS
SM
MD
LG