Accessibility links

ABŞ prezidenti İraqın secim qarşısında olduğunu deyir


ABŞ prezidenti Corc Buş təriqət münaqişəsinin İraqı sarsıtmasının xalq üçün seçim anı olduğunu bildirib. Bu gün Vaşinqtonda ordu veteranları qarşısında çıxış edən prezident deyib ki, qarşıdan gələn ünlər daha gərgin olacaq. Belə ki, iraqlılar yeni demokratik təsisatlarını yaradır. Prezident bu prosesi iİraqın sabitlik və zadlığına keçid dövrü kimi qiymətləndirib. Corc Buş deyib ki, hər bir cəmiyyət azadlıq yoluna iztirablardan keçərək qədəm qoyur. ABŞ prezidenti İranda demokratik dəyişiklələri dəstəklədiyini bildirib, O deyib ki, dünyada terrorizmin ən böyük sponsoru olan İran hökumətinin nüvə silahları əldə etməsinə imkan verilməməlidir.
XS
SM
MD
LG