Accessibility links

Fələstin lideri beynəlxalq ictimaiyyətin müdaxiləsini tələb edir


Fələstin prezidenti Mahmud Abbas İsrail əsgərləri tərəfindən fələstinlilərin qətlə yetirilməsi ilə bağlı BMT-nin Təhlükəszlik Şurasının xüsusi sessiya çağırmalı olduğunu deyib. Bu gün prezidentin sözçüsü bildirib ki, Fələstin lideri İsrailin hərbi əmliyyatlarına son qoyulmasında beynəlxalq ictimaiyyətin müdaxiləsini tələb edir. Fələstin rəsmilərinin bildirdiyinə görə, İsrail bir ildir davam edən atəşkəsin şərtlərini kölgə altına alır. Xatırladaq ki, İsrail qüvvələri dünən İordan çayının qərb sahilindəki Nablus şəhərində axtarış apararkən 5 fələstinlini qətlə yetirmişdi. Bu gün isə daha iki fələstinli Qəzzanı İsraildən ayıran təhlükəszlik çəpəri yaxınlığında öldürülüb.
XS
SM
MD
LG